3 Fevral 2026 / 04:19

Tramp Epşteyn adasına səfəri ilə bağlı şərh verdi

ABŞ prezidenti Donald Tramp məşhur maliyyəçi Ceffri Epşteynin adasına heç vaxt baş çəkmədiyini bildirib.

Tezadlar.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.

2025-2026-cı illərdə ABŞ Prokurorluğu 3,5 milyon Epşteyn faylını açıqlayıb. Materiallar arasında videolar, imzalı kitablar, məktublar, açıqcalar və fotoalbomlar olub.

Qərb mediasının məlumatına görə, sənədlərdə Fransa prezidenti Emmanuel Makron, Vladimir Zelenski, Amerika siyasətçiləri, Avropa nazirləri, kral ailəsi və şou-biznes ulduzları qeyd olunub.

“”Palçıq atmağı” sevənlərin çoxundan fərqli olaraq, mən heç vaxt məşhur Epşteyn adasında olmamışam, amma bu korrupsiyalaşmış Demokratların və onların donorlarının demək olar ki, hamısı orada olub”, – deyə Tramp qeyd edib.

ABŞ prezidenti Epşteynlə dostluq münasibətləri saxlamadığını qeyd edib.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!