12 İyun 2022 / 11:47

GÖYGÖLDƏ MİNİK MAŞINI AŞIB, SƏRNİŞİN ÖLÜB

Göygöldə ölümlə nəticələn ağır yol-nəqliyyat hadisəsi baş verib.

Məlumata görə, hadisə rayonun Topalhəsənli kəndində qeydə alınıb.

Hərəkətdə olan “VAZ 21015” markalı minik maşının sürücüsü idarəetməni itirib. Nəticədə, avtomobil yoldan çıxaraq aşıb. Qəza zamanı avtomobildə olan sərnişin 1996-cı il təvəllüdlü Elvin Verdiyev xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. Sürücü 1988-ci il təvəllüdlü Cəfərov Anar müxtəlif bədən xəsarəti ilə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!