Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Keçmiş Avropa Komissarı Nikolas Şmidt Avropa Komissiyasının (AK) prezidenti Ursula fon der Leyenin liderlik tərzini hakimiyyətin həddindən artıq mərkəzləşdirilməsinə görə tənqid etdi.
Tezadlar.az xəbər verir ki, onun şərhləri “Politico” tərəfindən dərc edilib.
“Məndə elə təəssürat yaranır ki, komissarlar artıq əsasən susdurulublar. Sistem yüksək dərəcədə mərkəzləşdirilib – onu prezident və ya istədiyiniz kimi adlandırın. Bu, Komissarlar Kollegiyası üçün, Avropa Komissiyası üçün və bütövlükdə Avropa üçün uyğun deyil”, – deyə o bildirib.
Nəşr qeyd edir ki, Şmidt bu cür tənqidi səsləndirən ilk şəxs deyil. Digər keçmiş Avropa Komissarı Tyerri Breton da fon der Leyenin əlində hakimiyyətin həddindən artıq cəmləşməsinə diqqət çəkərək, Avropanın “imperatriça və ya imperator üçün yaradılmadığını” vurğulayıb.
Daha əvvəl “Politico” mənbələrə istinadən bildirib ki, fon der Leyenin Aİ-nin Xarici İşlər üzrə Ali Nümayəndəsi Kaja Kallasla münasibətləri çox pisdir.
E.ŞİRİNOV