4 Fevral 2026 / 04:20

SON DƏQİQƏ: Qəddafinin oğlu Liviyada öldürülüb

Liviyanın keçmiş lideri Müəmmər Qəddafinin oğlu Seyf əl-İslam silahlı toqquşma zamanı öldürülüb.

Tezadlar.az bildirir ki, bu barədə RİA Novosti “Abaad News”-a istinadən məlumat verib.

Nəşrin məlumatına görə, Qəddafinin oğlu Tripolinin cənubunda baş verən toqquşma zamanı öldürülüb. Onun müşaviri artıq onun ölümünü təsdiqləyib.

“Seyf əl-İslam Qəddafinin Əl-Həmməd ərazisində baş verən silahlı toqquşmalar zamanı öldürüldüyü bildirilir”, – müşavir nəşrə bildirib.

Müəmmər Qəddafi Liviyada inqilabçı və siyasi xadim idi. 1969-cu ildən 2011-ci ilə qədər o, faktiki olaraq dövlət başçısı vəzifəsində çalışıb. 2011-ci ilin “Ərəb Baharı” zamanı Liviyanın şərqində korrupsiya və işsizliyə qarşı etirazlar başlayıb. Vəziyyət sonradan vətəndaş müharibəsinə çevrilib, bundan sonra Qəddafinin hökuməti devrilib və Qəddafinin özü əsir götürülərək öldürülüb.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!