5 Fevral 2026 / 04:00

Tramp administrasiyası Rusiya ilə ortaq məxrəc axtarmağa hazırdır – Vens

ABŞ vitse-prezidenti qeyd edib ki, Ukrayna münaqişəsi ilə bağlı fikir ayrılıqlarına baxmayaraq, iki ölkənin hökumətləri hələ də bəzi məsələlərdə razılığa gəliblər.

ABŞ-n vitse-prezidenti J.D.Vens bildirib ki, Donald Tramp administrasiyası Ukraynadakı vəziyyətlə bağlı fundamental fikir ayrılıqlarına baxmayaraq, Moskva ilə ortaq məxrəc axtarmağa hazırdır.

Tezadlar.az xəbər verir ki, o, bunu amerikalı jurnalistlə müsahibəsində bildirib.

“Biz buna (Ukrayna münaqişəsinə – RED.) son ​​qoymaq üçün çalışacağıq, lakin əməkdaşlıq üçün bəzi sahələr ola bilər. Onun (Trampın – RED.) mövqeyi belədir: Rusiya ilə bir çox məsələdə fikir ayrılığımız ola bilər, amma bəzi məsələlərdə razıyıq və mən həqiqətən düşünürəm ki, bu, fundamental yenidən istiqamətləndirmədir”, – Vens bildirib.

O, Trampın xarici siyasətinin ölkələrin sadəcə dost və düşmənə bölünməsinə deyil, praqmatik maraqlara əsaslandığını vurğulayıb. Vitse-prezidentin sözlərinə görə, Ağ Evin yeni yanaşması tərəflərin maraqlarının üst-üstə düşdüyü məsələlərdə hətta rəqiblərlə də qarşılıqlı əlaqəyə imkan verir. Vens qeyd edib ki, bu, hazırkı kursu Ukraynadakı münaqişə səbəbindən Rusiya ilə hər hansı dialoqu rədd edən əvvəlki administrasiyaların siyasətindən fərqləndirir.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!