5 Fevral 2026 / 04:53

Epşteynin sənədlərində İlluminati üzvlərinin siyahısı aşkar edilib

Amerikalı maliyyəçi və pedofil Ceffri Epşteynin işinin sənədlərində sözdə İlluminati adlananların siyahısı aşkar edilib. Bu, ABŞ Ədliyyə Nazirliyinin sənədidir.

Tezadlar.az xarici mediaya istinadən xəbər verir ki, “İlluminati Ailələri və Onların Tərəfdaşları” adlı mesaj 5 sentyabr 2008-ci ildə Mett adlı bir şəxs tərəfindən Epşteynə göndərilib. Məktuba görə, dünyanı idarə edən gizli təşkilata sahibkarların, siyasətçilərin və maliyyəçilərin ailələrinin üzvləri daxildir: Rotşildlər, Rokfellerlər, Astorlar, DuPontlar, Reynoldslar, Rassellər, Liz və başqaları.

Siyahıda həmçinin Frank krallarının Merovinq sülaləsinin bəzi nəsilləri də var idi. Sülalənin 8-ci əsrdə məhv olduğu məlumdur, lakin Merovinq ailəsinin gizli varislərinin tarixə təsir göstərməyə davam etdiyinə dair sui-qəsd nəzəriyyələri mövcuddur. Məktubda həmçinin Kennedi və Onassis ailələri, eləcə də animator Uolt Disney İlluminati və ya onların əlbirləri kimi qeyd olunurdu. Mett həmçinin Mormon Kilsəsinin bütün rəhbərliyini, Alman sənayeçisi Krupp ailəsinin üzvlərini və çoxsaylı digər ABŞ sahibkarlarını və siyasətçilərini gizli qlobal sui-qəsdə daxil etmişdi.

Epşteynin məktuba cavab verib-vermədiyi məlum deyil.

Daha əvvəl Microsoft-un təsisçisi Bill Qeyts Ceffri Epşteynlə əlaqəsini “tamamilə axmaqlıq” adlandırmışdı. Milyarder pedofil maliyyəçisi ilə əlaqələrinin sırf bizneslə əlaqəli olduğunu iddia etmişdi.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!