5 Fevral 2026 / 07:49

Nebenzya İrana qarşı istənilən hərbi həll yollarının qəbuledilməz olduğunu bəyan etdi

Rusiyanın BMT-dəki daimi nümayəndəsi qeyd edib ki, Rusiya Vaşinqtonun Tehranla bağlı müdrikliyinə ümid edir

Tezadlar.az-ın xarici mediaya istinadən məlumatına görə, Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya xəbərdarlıq edib ki, Tehrana qarşı güc tətbiqi bütün region üçün təhlükəli nəticələrə səbəb olacaq.

“Ümid edirik ki, ABŞ və onun müttəfiqləri müdriklik nümayiş etdirəcək və daha konstruktiv hərəkət edəcəklər. İstənilən hərbi həll yolları qəbuledilməzdir, təhlükəlidir və regional nəticələrə səbəb ola bilər”, – diplomat rusiyalı jurnalistlərlə söhbətində vurğulayıb.

E.ŞİRİNOV

 

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!