5 Fevral 2026 / 11:40

Ukrayna, ABŞ və Rusiya arasında danışıqlar davam edir

Bu dəqiqələrdə Əbu-Dabidə ABŞ-ın vasitəçiliyi ilə Rusiya və Ukrayna arasında danışıqların ikinci günü başlayıb. Tezadlar.az “Ukrainskaya pravda”ya istinadla xəbər verir ki, bu barədə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rustem Umerov bildirib. “Əbu-Dabidə danışıqların ikinci günü başlayıb. Dünənki kimi, eyni formatda çalışırıq: üçtərəfli məsləhətləşmələr, qruplarla işləmək və mövqelərin daha da sinxronlaşdırılması”, – Umerov qeyd edib.

Qeyd: ötən gün Əbu-Dabidə ABŞ, Rusiya və Ukrayna arasında danışıqlar başlayıb. Ukrayna-ABŞ-Rusiya danışıqlarının ilk raundu isə yanvarın 23-24-də Əbu-Dabidə baş tutub. Fevralın 1-nə planlaşdırılan görüşün vaxtı isə 4-5 fevral tarixinə keçirilib.

Bəlkə də hamıdan çox Tramp bu danışıqlardan müsbət nəticə gözləyir…

A.Məmmədli

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!