5 Fevral 2026 / 12:33

Dmitriyev Ukrayna ilə sülh müqaviləsi üzrə irəliləyişin olduğunu açıqladı

Rusiya prezidentinin xüsusi nümayəndəsi Avropa və Britaniyadan olan müharibə alovlandırıcılarının prosesə mane olduğunu qeyd etdi.

Tezadlar.az-ın xarici mediaya istinadən məlumatına görə, Rusiya prezidentinin xüsusi nümayəndəsi və Rusiya Birbaşa İnvestisiya Fondunun (RDIF) rəhbəri Kirill Dmitriyev bildirib ki, müharibə alovlandırıcılarının onları maneə törətmək cəhdlərinə baxmayaraq, Ukrayna ilə sülh müqaviləsi danışıqlarında müsbət irəliləyiş var.

Ukrayna ilə sülh müqaviləsi üzrə irəliləyişin olub-olmadığı ilə bağlı suala cavab olaraq Dmitriyev bildirib ki, “burada bir göstərici Avropa və Britaniyadan olan “müharibə alovlandırıcılarının” daim “bu prosesə mane olmağa” və ona müdaxilə etməyə çalışması ola bilər”. O qeyd edib ki, bu cür cəhdlər nə qədər çox baş verərsə, “irəliləyiş” və “yaxşı, müsbət irəliləyiş” olduğu bir o qədər aydın olur. “Amma inanıram ki, buna mane olmaq mümkün deyil”, – deyə Dmitriyev yekunlaşdıraraq əlavə edib ki, “onlar üçün çətindir, amma onlar çalışırlar”.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!