5 Fevral 2026 / 20:42

Zelenski: Donbas Rusiyaya 800 min ölü bahasına başa gələr

Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, Rusiyanın Donbası tam ələ keçirməsi üçün ən azı iki il vaxt və 800 min ölü əsgər lazımdır, lakin Moskva bu qədər itkiyə tab gətirə bilməz.

Tezadlar.az xəbər verir ki, o, Ukraynanın müharibədə 55 min itki verdiyini, həmçinin çox sayda itkin düşən şəxsin olduğunu açıqlayıb. Zelenski əlavə edib ki, Rusiya Prezidenti Vladimir Putin Avropadan deyil, əsasən Donald Trampdan çəkinir.

Ukrayna lideri müharibənin bitməsi üçün Rusiyanın real addımlar atmalı olduğunu, tərəfdaşların isə təhlükəsizlik zəmanətləri və təzyiqlərlə bunu dəstəkləməsinin vacibliyini vurğulayıb.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!