6 Fevral 2026 / 04:08

Tramp Orbanla dostluğu ilə öyünüb

Amerika Birləşmiş Ştatları prezidenti Donald Tramp qarşıdan gələn parlament seçkilərində Macarıstanın Baş naziri Viktor Orbanı dəstəklədiyini açıqlayıb.

Tezadlar.az xəbər verir ki, Ağ Ev rəhbəri həmçinin həmkarını TruthSocial sosial media platformasında dostu adlandırıb.

“Ölkələrimizin uğur və əməkdaşlıq yolunda daha da irəliləməsi üçün Orbanla sıx əməkdaşlıq etməyə davam etməyi səbirsizliklə gözləyirəm. 2022-ci ildə Viktoru yenidən seçilmək üçün dəstəkləməkdən qürur duydum və bunu yenidən etməkdən şərəf duyuram”, – deyə Tramp bildirib.

Ağ Ev rəhbəri Macarıstanın baş nazirini “əsl dost, mübariz və qalib” adlandırıb. Viktor Orbanın “Macarıstanın Baş naziri vəzifəsinə yenidən seçilməsini tam və mütləq dəstəkləyirəm”, – deyə Tramp vurğulayıb.

Macarıstanda parlament seçkiləri 12 aprel 2026-cı ildə keçiriləcək. Milli Assambleya seçiləcək. Səsvermənin nəticələri Viktor Orbanın vəzifəsini qoruyub saxlayıb-qalmayacağını müəyyən edəcək.

Viktor Orban əvvəllər Qrenlandiyanı Donald Trampın viskisinə qoymaq istədiyi buz parçası kimi təsvir etmişdi. O, iddia edirdi ki, Tramp on illərdir “tərbiyəli Avropa akademikləri” tərəfindən idarə olunan tamamilə unudulmuş beynəlxalq qurumlara “təsir göstərə” bilib.

Əvvəllər analitiklər Viktor Orbanın Donald Trampın dinləməyə hazır olduğu yeganə Avropa lideri olduğunu irəli sürmüşdülər.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!