6 Fevral 2026 / 13:01

ABŞ İranda rejim dəyişikliyinə hazırlıqlara başlayıb

ABŞ prezidenti Donald Trampın administrasiyası rejim dəyişikliyi halında İranda müvəqqəti hökumət yaratmaq planı hazırlayır.

Tezadlar.az bildirir ki, bu barədə “The National” mənbələrə istinadən məlumat verib.

Nəşr ABŞ prezidentinin kürəkəni Cared Kuşnerin bu təşəbbüsdə iştirak etdiyini aydınlaşdırır.

“O, rejimin çökməsi halında İranı idarə etməyə kömək edəcək bir növ keçid orqanının yaradılması ilə bağlı məsləhət vermək üçün bir qrup İran-Amerika iş adamının toplanmasına kömək edir”, – xəbərdə deyilir.

Qəzetin mənbəyi həmçinin əlavə edib ki, ABŞ tərəfi yaxın günlərdə Florida ştatının Palm Biç şəhərində İran müxalifətinin nümayəndələri ilə görüş təşkil etmək niyyətindədir.

Bir müddət əvvəl “Reuters” agentliyi Tehranın danışıqlar zamanı əhəmiyyətli güzəştlərə getməsinin ehtimalının az olduğunu, çünki ABŞ və İran arasında hərbi münaqişə ehtimalının yüksək olduğunu qiymətləndirmişdi.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!