Bakının Xətai rayonundakı “Ab- Hava” restoranında baş verən (ölümlə nəticələnən) kütləvi davanın iştirakçılarından birinin deputat Arzuxan Əlizadənin oğlu olduğunu bildirmişdik. Tezadlar.az-ın əməkdaşı bildirir ki, bu dəqiqələrdə deputatın oğlu da daxil, daha 9 nəfər hazırda Xətai Rayon Məhkəməsinə gətiilib, məhkəmə onların barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə qərarını elan edəcək.
Qeyd edək ki, davada 1 nəfər iş adamı qətlə yetirilib, polisin keçirdiyi əməliyyat tədbirləri nəticəsində saxlanılanlardan Əhməd Əlizadə deputat Arzuxan Əlizadənin oğludur.
Qeyd edək ki, hadisə ötən gecə Xətai rayonu, General Şıxlıniski küçəsində yerləşən keçmiş “Ab-hava” restoranında baş verib. Artıq hadisə ilə bağlı istintaq hərəkətləri davam edir.
O da məlum olub kiş dava pul üstündə olub…
Səbuhi






