Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Tbilisidə keçirilən boks üzrə Gürcüstan çempionatında bu ölkənin vətəndaşları- Ramil İskəndərov və Emil İsmayılov Gürcüstan çempionu adına layiq görülüblər. Tezadlar.az 24News.ge- yə istinadla xəbər verir ki, bu barədə Gürcüstan Milli Boks Federasiyası məlumat yayıb. Bildirilir ki, Tbilisidən olan boksçu Ramil İskəndərov 90+ kq çəki dərəcəsinin final görüşündə Emir Vazagovu məğlub edərək ölkə çempionu olub. Qardabanidən olan boksçu Emil İsmayılov isə 55 kq çəki dərəcəsinin final görüşündə Giorgi Kilasoniyanı məğlub edərək çempion titulunu qazanıb.