9 Fevral 2026 / 13:09

Kral III Çarlz və Şahzadə Uilyam danışmağı dayandırıblar

Bukingem Sarayından gələn yeni məlumatlara görə, Britaniya monarxı III Çarlz ilə onun varisi arasındakı münasibətlər pisləşib.

Tezadlar.az bu barədə Cosmopolitan-a istinafən xəbər verir.

Kral sarayına yaxın mənbələr iddia edirlər ki, kral ilə Uels şahzadəsi arasındakı gərginlik pik həddə çatıb və hər iki tərəf bir-birinə qarşı “əsl qəzəb” yaşayır. Məlumata görə, münaqişə şahzadə Uilyam atasının Vindzor qəsrində çəkdiyi “Harmoniyanı tapmaq: Kralın vizyonu” sənədli filminin premyerasını qəsdən görməzlikdən gəldikdən sonra daha da şiddətlənib. Bundan sonra onlar danışmağı dayandırıblar.

Hətta bir saray işçisi iddia edib ki, III Çarlzın indi Şahzadə Uilyamla Şahzadə Harridən daha çox problemi var, çünki sonuncu emosional və proqnozlaşdırıla biləndir, taxtın varisi isə hesablayıcı və inadkardır.

Nifrətin əsas səbəbi təsir və güc uğrunda mübarizədir. “Onlar çox oxşar olduqları üçün toqquşurlar. Hər ikisi haqlı olduqlarına inanırlar. Heç biri asanlıqla təslim olmur”, – deyə insayder izah edib. Gərginlik uzun müddətdir ki, artır: dekabr ayında Çarlzın Uilyamın bütün ömrü boyu taxt-tac gözləyərək hakimiyyəti ələ keçirməsi barədə yayılan xəbərlərdən narazı olduğu bildirilmişdi.

Daha əvvəl britaniyalı siyasi analitik Neil Gardinerin Kral III Çarlzı insan hüquqları mükafatı qazandıqdan sonra Şahzadə Harri və Meqan Marklı kral titullarından məhrum etməyə çağırdığı bildirilmişdi.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!