10 Fevral 2026 / 08:47

MƏN PENSİYA ARTIMININ ƏLEYHİNƏYƏM- BU DA SƏBƏB!

…Hökumət əmək və yaşa görə pensiyaların təxminən 9,2 faiz artırılmasına qərar verib… Bildiyim qədər büdcədən bu məqsədə 1,3 milyard manat transfer ediləcək, yəni bu məqsədə xərclənəcək. Amma şəxsən mən bu artımı istəməzdim. Artımda məqsəd təbii ki, aztəminatlı, yəni işləməyən, pensiyada olan əhalinin qiymət artımından aldığı zərəri qismən kompensasiya etməkdir! Olsun, hökumətin bu addımı alqışa layiqdir! Amma hesab edirəm ki, yuxarılara bu artım təklifini verən məmur cavabdehlər bundansa qiymət artımının(ərzaqların, gündəlik təlabat mallarının, yanacaq, qaz, su, istilik, işıq və kommunal qiymətlərinin süni qaldırılmasının qarşısını almaq barədə) qarşısını almaq təklifi verməli idilər. Nəticədə, 1,3 milyard manat Qarabağdakı tikinti- bərpa işlərinə xərclənərdi, keçmiş köçkünlər Bakını tez tərk edib öz yurduna qayıdardı, köçkünlərin Bakını dar eləməsindən qıcıqlananlar da rahatlaşar, sakitləşərdi… Çünki qiymət artımından büdcəmiz sonda qazandığını bu pensiya artımı ilə onsuz da itirir, qazanan isə bəzi işbazlar, bəzi məmurlardır…

A.Məmmədli

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!