10 Fevral 2026 / 13:18

İran ABŞ ilə dolayı danışıqları davam etdirəcəyini açıqladı

XİN sözçüsü İsmail Bəqayi bildirib ki, Tehran danışıqların formatını dəyişdirməyi planlaşdırmayıb

İran nüvə məsələsi ilə bağlı ABŞ ilə sonrakı danışıqlar raundlarının formatını dəyişdirməyi planlaşdırmayıb; məsləhətləşmələr dolayı yolla davam edəcək.

Tezadlar.az xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmail Bəqayi bildirib.

“Hazırda danışıqların formatını dəyişdirmək planı yoxdur. Yəni, danışıqlar bu mərhələdəki formatda davam edəcək”, – deyə Bəqayi mətbuat konfransında vurğulayıb.

Fevralın 6-da Omanın paytaxtında Tehranın nüvə proqramı ilə bağlı böhranın həlli ilə bağlı İran və ABŞ arasında dolayı danışıqların yeni raundu keçirilib. İran nümayəndə heyətinə xarici işlər naziri Abbas Əraqçi, ABŞ nümayəndə heyətinə isə prezidentin xüsusi elçisi Stiven Uitkoff rəhbərlik edib.

E.ŞİRİNOV

 

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!