10 Fevral 2026 / 15:49

Hiroşima Muzeyi rekord sayda ziyarətçi qəbul edib

1945-ci ildə Amerika atom bombardmanının nəticələrinə həsr olunmuş Hiroşima Sülh Memorial Muzeyi 2025-ci ildə rekord sayda ziyarətçi qəbul etdi,

Tezadlar.az xəbər verir ki, bu barədə “Mainichi” yerli Sülh Mədəniyyəti Fondunun məlumatlarına istinadən yazıb.

Artıq muzeyin ziyarət rekordları ardıcıl üçüncü ildir ki, yenilənir.

Fevralın 6-na olan məlumata görə, muzeyə gələn yapon və xarici ziyarətçilərin sayı 2024-cü maliyyə ilində müəyyən edilmiş əvvəlki 2.264.500 rekordunu keçib. Bu arada, Yaponiyanın maliyyə ili apreldə başlayır və bu rəqəmin əhəmiyyətli dərəcədə aşılacağı gözlənilir.

Public Interest Inc. Fondu ölkə tarixindəki ən faciəli anda yaponlar arasında artan marağın Ukrayna və Yaxın Şərqdəki münaqişələr də daxil olmaqla qlobal vəziyyətin qeyri-sabitləşməsi ilə əlaqələndirir.

Zəifləmiş yenanın təsiri ilə xarici turistlərin sayının artması da təsir göstərib: 2025-ci maliyyə ilində muzeyi ziyarət edən xarici turistlərin sayı 833.000-i keçib ki, bu da daha bir rekorddur.

Qeyd edək ki, binanın qalıqları 6 avqust 1945-ci ildə Hiroşimaya atılan atom bombasının təsiri nəticəsində həlak olanların xatirəsini yad etmək məqsədilə saxlanılıb. Bütövlükdə, atom bombasının təsiri nəticəsində Yaponiyada 70 mindən çox insan yerindəcə həlak olub daha 70 min nəfər isə radiasiyanın müxtəlif dərəcəli, ölümcül təsirlərinə məruz qalıblar.

O qədər də qeyri-adi tarixçəsi olmayan tikili hazırda yaponlar üçün unudulmaz və bir o qədər də yaxın keçmişin, daha da önəmlisi isə, dəhşətli və faciəli günün tarixinə çevrilib. Tarixi tikili çexiyalı memar Jan Letzel tərəfindən layihələşdirilib. Tikintisi 1915-ci ilin aprelində tamamlanan bina ilkin olaraq Hiroşima prefekturasının Ticarət Sərgisi adlandırılıb. Aprel ayında tikinti işlərinin tamamlanmasına baxmayaraq, həmin ilin avqust ayında ictimaiyyət üçün açıq elan edilib. 1921-ci ildə tikilinin adı dəyişdirilərək Hiroşima prefekturası Məhsullarının Sərgi Zalı, 1933-cü ildə isə, Hiroşima prefekturasında Sənayenin Təşviqi üçün Bina adlandırılıb.

Xiroşima Sülh Memorial Muzeyi 2006-cı ilin iyul ayından bəri Yaponiyanın mədəni mülkiyyəti kimi tanınır. O, iki binadan ibarətdir.

Əsas binada Amerika atom bombasının nəticələrini – mülki əhalinin kütləvi ölümünü, dağıntıları, yanğınları, radiasiyaya məruz qalmağı və radiasiya xəstəliyini təsvir edən materiallar nümayiş olunur.

Sərgidə müharibə cinayətinin sağ qalan şahidlərinin audio və video yazıları yer alır. Şərq binasında Yaponiyanın İkinci Dünya Müharibəsində iştirak tarixi təqdim olunur.

 

JASMİN

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!