10 Fevral 2026 / 15:50

İNANILMAZ: BAYIRŞƏHƏRDƏN İÇƏRİŞƏHƏRƏ GEDƏN 2 TUNEL TAPILDI!

Bakı şəhər İcra Hakimiyyətinin Təftiş və Nəzarət Şöbəsinin müdiri Zülfəli İsmayılovun Bayır şəhərdəki qanunsuz söküntü və dağıntılarına tarix özü cavab verib. Bayır şəhərin müdafiəsi və qorunması işlərinə rəhbərlik edən Zahidə Əzizova “Təzadlar”a bildirdi ki, Bayır Şəhərdə şimala və cənuba uzanan iki tunel aşkar edilib. Sitat: “…Məlumat üçün bildirim ki, S. Tağızadə küçəsində yerləşən binanın sakinləri ilə birlikdə həmin tunelə baxış keçirmişik… Bu tunellərin biri “Kubinkaya”, digəri isə “İçərişəhərə” doğru uzanır. Onların tikintisinin 1880-1890-cı illər arasında baş verdiyi təxmin edilir. Tunelin girişləri hazırda tarixi irsin intensiv şəkildə söküldüyü məhəllədə yerləşir. Tunellərin aşkarlanması barədə Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinə məlumat verilib. Bu, akademik, memar Şamil Fətullayev-Fiqarovun H. Hacıyev küçəsinə paralel olaraq Qasımbəy məscidi boyunca bir tunelin keçdiyi və onun bir hissəsinin 1950-ci illərdə Mərkəzi Univermağın tikintisi zamanı aşkar edildiyi barədə məlumatını təsdiqləyir.
BU DA HƏMİN GÖRÜNTÜLƏR:
Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!