Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.


“Avropa Komissiyasının Ukraynaya namizəd statusu ilə bağlı gəldiyi qənaəti alqışlayıram, bu, bizi qələbəyə yaxınlaşdıracaq ilk addımdır”.
Bu sözlər Ukrayna prezidenti Vladimir Zelenskiyə məxsusdur. Prezident Avropa Komissiyasının bu günkü müsbət rəyinə münasibət bildirən zaman deyib. Zelenski deyib ki, Avropa Şurası gələn həftəyə planlaşdırılan iclasda müsbət qərar qəbul edəcəyinə də ümid edir: “Bu tarixi qərara görə Ursula fon der Leyenə və Avropa Komissiyasının hər bir üzvünə minnətdaram. Gələn həftə Avropa Şurasından müsbət nəticə gözləyirik”.
Avropa Komissiyası Ukrayna və Moldovaya namizəd statusunun verilməsini tövsiyə edib, Gürcüstanla bağlı isə konkret şərtlər yerinə yetirildikdən sonra məsələyə yenidən baxılacağını bildirib. Gürcüstan isə bu qərarı səbrsizliklə gözləyir. Bütün yollar isə Rusiyanın əsəblərinin tarıma çəkilməsinə görə edilir.
Sevinc MURADXANLI