Əsas məzmuna keç

Qızıl yenidən qızıla döndü-UNSİYASI 5 MİN DOLLARA YAXINDIR!

Dünya əmtəə bazarlarında qızılın qiyməti yenidən 5 min dollara yaxınlaşıb. Tezadlar.az xəbər verir ki, beynəlxalq birjaalarda qızılın unsiyası 0,96% və ya 47,4 dollar bahalaşaraq 4 995,8 dollar olub. Spot qızıl isə 1,12% və ya 55,11 dollar artaraq 4 977,3 dollar səviyyəsinə yüksəlib. Eyni zamanda, Comex gümüşü 1,46% bahalaşaraq 76,81 dollar, mis 0,86% artaraq 583,5 dollar/funt təşkil edib. Spot platin də 1,70% yüksələrək 2 039,29 dollar səviyyəsinə çatıb. Analitiklər bunu bazarlarda geosiyasi risklərin və inflyasiya gözləntilərinin artması fonunda investorların təhlükəsiz aktivlərə, xüsusilə qızıla marağının güclənməsi ilə izah edirlər.

Bir müddət əvvəl düşmə var idi, yenidən qızıl qızıla döndü.

 

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…