Fövqəladə hallar nazirinin müavinlərinin işdən çıxarıldığı bildirilir. Tezadlar.az nazir müavini Etibar Mirzəyevə yaxın olan mənbənin verdiyi məlumata görə, Nazir K.Heydərovun müavinləri- general-leytenant Faiq Tağızadə(1961), general-leytenant Etibar Mirzəyev (1958- ci il təvəllüdlü) və Orucəli Hacıyev (1959) yaş həddinə görə tutduqları vəzifələrindən azad ediliblər.
Bəs növbə kimindir?
Xatırladırıq ki, Kəmaləddin Heydərovun 6 general müavini var idi. Digər nazir müavinləri Rəfael Mirzəyev, Tapdıq Əmiraslanov və Adil Abdullayev hazırda həmin vızifələrini davam etdirirlər.







