16 Fevral 2026 / 08:27

Kiyev fəlakətin astanasındadır – Kliçko

Ukraynanın paytaxtındakı vəziyyət fəlakətə yaxındır.

Tezadlar.az xəbər verir ki, bunu Kiyevin meri Vitali Kliçko “Financial Times” qəzetinə verdiyi müsahibədə açıqlayıb.

Qəzet merin sözlərinə istinadən bildirib ki, “Kiyev fəlakətin astanasındadır”.

Onun sözlərinə görə, Kiyevdəki vəziyyət “elektrik və su çatışmazlığı” ilə mürəkkəbləşib.

Vladimir Zelenski ilə münaqişədən danışarkən o, bunun Kiyevdəki vəziyyəti daha da ağırlaşdırdığını bildirib. O, iddia edib ki, Ukrayna hakimiyyəti paytaxtın idarə olunmasına həddindən artıq müdaxilə edir.

8 fevralda Kliçko ukraynalıları şəhər üçün çox çətin günlərin gələcəyi barədə xəbərdar edib. Merin sözlərinə görə, Kiyevdə şiddətli şaxtalar gözlənilir.

Kliçko həmçinin Vladimir Zelenski tərəfindən tənqid olunub. Daha əvvəl Kiyev rejiminin rəhbəri meriyanın elektrik kəsintisinə yavaş reaksiyasına görə tənqid etmişdi.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!