16 Fevral 2026 / 05:47

Amerikalıların Münhendə avropalılarla nələri müzakirə etdikləri məlum oldu

Amerikalı qanunvericilər bildiriblər ki, Münhen Təhlükəsizlik Konfransı boyunca avropalılarla söhbətlərində Qrenlandiya mövzusu üstünlük təşkil edib.

Tezadlar.az xəbər verir ki, bu barədə “The New York Times” mənbələrə istinadən məlumat yayıb.

Nəşr iddia edir ki, ABŞ nümayəndələri konfransı prezident Donald Trampın Qrenlandiyaya iddiaları ilə bağlı Vaşinqton və Brüssel arasındakı münasibətlərdə gərginliyi azaltmağa nail olduqlarına əminliklə tərk ediblər.

Amerikalı qanunvericilər həmçinin ABŞ prezidentinin hərəkətlərinin Avropa ilə münasibətləri dönməz şəkildə dəyişdirdiyini etiraf ediblər.

14 fevralda Danimarkanın Baş naziri Mette Frederiksenin ofisi krallıq hökumətinin başçısı və Qrenlandiyanın Baş naziri Yens-Fredrik Nilsenin ABŞ Dövlət katibi Marko Rubio ilə uğurlu danışıqlar apardığını açıqlayıb. Görüş Münhen Təhlükəsizlik Konfransı çərçivəsində baş tutub. Bəyanatda tərəflərin bəzi razılaşmalara nail olduqları və işlərin onlara uyğun olaraq davam etdiriləcəyi vurğulanıb.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!