16 Fevral 2026 / 06:36

Rusiya Finlandiya ilə münasibətlərin bərpası üçün vaxt qrafiki ilə bağlı suala belə cavab verib

Rusiyanın Helsinkidəki səfiri Pavel Kuznetsov “RİA Novosti”nin Rusiya ilə Finlandiya arasında münasibətlərin nə vaxt bərpa olunacağı ilə bağlı sualına qısa və aydın şəkildə cavab verib.

Tezadlar.az-ın məlumatına görə, Kuznetsov bildirib ki, “Rusiya-Finlandiya münasibətləri Finlandiyanın siyasi elitası milli maraqları və xalqının rifahını ciddi şəkildə nəzərə aldıqda bərpa olunmağa başlayacaq”.

Əvvəllər Finlandiya Azadlıq Alyansı partiyasının üzvü Armando Mema qeyd etmişdi ki, Finlandiya anti-Rusiya siyasəti səbəbindən ciddi iqtisadi böhranla üzləşir.

Bu ilin yanvar ayında Finlandiya 29 ilin ən böyük korporativ iflas dalğasına məruz qalıb, cəmi bir ay ərzində 385 şirkət iflas edib. Bu, qismən Rusiya ilə ticarət və iqtisadi əlaqələrin kəsilməsi ilə bağlıdır.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!