16 Fevral 2026 / 08:00

300 tanınmış şəxsin​​ adı Epşteynin siyahısında çıxdı…

Epşteyn qalmaqalı getdikcə böyüyür… Belə ki, ABŞ-ın Baş prokuroru Pem Bondi amerikalı maliyyəçi Ceffri Epşteynin sənədlərində adı çəkilən 300-dən çox tanınmış şəxsin adının siyahısını dərc edib. Bu barədə “Fox News” onun Konqres üzvlərinə ünvanladığı məktuba istinadən məlumat yayıb. Məlum olur ki, məktubda Ədliyyə Nazirliyinin Epşteyn işi sənədlərində ən azı bir dəfə adı çəkilən bütün sabiq və hazırkı vəzifəli şəxslər və ya siyasi cəhətdən güclü fiqurların adları yer alır. Bunlara Britaniya şahzadəsi Harri, amerikalı televiziya aparıcısı və iş adamı Kim Kardaşyan, musiqiçilər Kurt Kobain, Brüs Sprinqstin və digər məşhurlar da daxildir.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!