Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Əhalinin bu və ya digər səbəblərdın paytaxtda təmərküzləşməsi indi dünyanın narahat olduğu məsələlərdəndir… Sosial mediada yayılan videogörüntülərdən bəlli olur ki, Ukrayna ilə torpaq davası aparan Rusiyanın mərkəzdən kənar kiçik şəhər və kəndləri, qəsəbələri boşalıb, xaraba qalıb… Bu ciddi urbanizasiya problemidir!
XXX
…Azərbaycanda da paytaxtın və ya iri şəhərlərin yüklülüyü və əsas iş yerlərinin mərkəzə daşınması ciddi problemlərə yol açmaqdadır. Bakının gün- güzəranı hər kəsə məlumdur. Regionların inkişaf etdirilməsi isə əsas vı yeganə çıxış yoludur.
Qonşumuz Gürcüstanda da belə bir problem yaşanmaqdadır. “Bir şəhər – bir fakültə” prinsipi ölkədə məhdud resurslardan daha səmərəli istifadə məqsədi daşıyır”- deyən Baş nazir İrakli Kobaxidze ali təhsil islahatına həsr olunmuş debat zamanı “İmedi TV” kanalının efirində qeyd edib ki, Gürcüstanda 1990-cı illərə qədər əsas ali təhsil modeli mərkəzləşmiş idi və Tbilisi Dövlət Universiteti ölkənin yeganə universiteti kimi fəaliyyət göstərirdi. Bununla yanaşı, tibb, pedaqoji və politexnik institutlar mövcud olub. Onun sözlərinə görə, bu sistemin 90-cı illərdə dağılması ali təhsil sahəsində ciddi çətinliklər yaradıb. Kobaxidze vurğulayıb ki, ölkənin akademik və insan resursları məhduddur və onların optimal bölüşdürülməsi strateji əhəmiyyət daşıyır. O, Avropa ölkələri ilə müqayisədə Gürcüstanın akademik imkanlarının daha zəif olduğunu qeyd edərək, mövcud potensialdan maksimum səmərə ilə istifadə edilməsinin vacibliyini bildirib. Baş nazir əlavə edib ki, oxşar yanaşma bir sıra Avropa ölkələrində də tətbiq olunur. Məsələn, Almaniyada əksər şəhərlərdə bir universitet fəaliyyət göstərir. Yalnız Berlin şəhərində tarixi səbəblərə görə iki universitet mövcuddur: “Bir şəhər – bir fakültə” prinsipi, əlbəttə ki, coğrafi məsələ deyil. Tələbələrin 85%-i Tbilisidə təhsil alır ki, bu da ölkə üçün bir çağırışdır. Bu, regionlarımızın bərabər sosial-iqtisadi inkişafına mane olur”, – deyə Kobaxidze bildirib.
Baş nazirin sözlərinə görə, Gürcüstan hökuməti ali təhsil sistemində resursların daha effektiv idarə olunmasını təmin etmək üçün əvvəlki modelin müəyyən elementlərini bərpa etməyi nəzərdən keçirir. O təklif edib ki, keçmişdə olduğu kiki, paytaxtın ali təhsil müəssisələrindəki fakültələr şəhərlərə paylanmalıdır…
Bakıda da bu barədə dəfələrlə danışılıb. Məsələn, yüz minlərlə təıəbələrin təhsil aldığı universitetlər Bakının mərkəzində yerləşir…
A.Məmmədli