Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Qətldə şübhəli mərhumun keçmiş sevgilisidir
14 fevralda 21 yaşlı ukraynalı qaçqın Katerina Tovmaş və onun sevgilisi Şimali Karolinada güllələnərək öldürülüb. Digər bir ukraynalı qadın İrina Zarutska isə 2025-ci ilin avqust ayında eyni ştatda vəhşicəsinə qətlə yetirilib.
Tezadlar.az xarici mediaya istinadən xəbər verir ki, yerli polisin məlumatına görə, şənbə günü səhər zabitlər Vudleykdəki şəxsi evdə atışma baş verdiyi barədə məlumat alıblar. Hadisə yerinə çatdıqdan sonra iki cəsəd tapıblar: ABŞ ordusunun əsgəri, 28 yaşlı Metyu Ueyd və 21 yaşlı ukraynalı qaçqın Kateryna Tovmaş.
Hakimiyyət orqanları şübhəlinin Katerinanın keçmiş sevgilisi, 25 yaşlı Kaleb Hayden Fosno olduğunu müəyyən ediblər. O, hüquq-mühafizə orqanları gəlməmişdən əvvəl hadisə yerini tərk edib, lakin sonradan Ohayoda həbs edilib. Hazırda o, ikiqat qətl hadisəsi ilə bağlı istintaq üçün həbsdədir.
Qurbanın qardaşı Mixaylo Tovmaş İnstagramda bacısının ölümünü təsdiqləyərək hadisənin bəzi təfərrüatlarını açıqlayıb.
“Ukrayna müharibəsindən qaçaraq ABŞ-da sığınacaq axtaran bir qaçqın Şimali Karolinadakı öz evində öldürülüb. Bu, son bir ildə Şimali Karolinada sığınacaq axtaran bir ukraynalı qadının bir kişi tərəfindən öldürülməsinin ikinci halıdır”, – deyə o yazıb.
Mixaylo səhər saat 7 radələrində Katerinanın keçmiş sevgilisinin Ohayodan gəldiyini və ukraynalı qadının gənc ailə üzvləri ilə yaşadığı evə girdiyini bildirib. O, uşaqlardan birini bacısını oyatmağa məcbur edib və sonra onu və yanında yatan sevgilisini vurub. Uşaqlar zərər görməyiblər.
Əslən Bila Tserkvadan olan Katerin Tovmaş təxminən iki il əvvəl Rusiyanın Ukraynaya tammiqyaslı işğalı səbəbindən ABŞ-a qaçıb.
E.ŞİRİNOV