Əsas məzmuna keç

TƏBİB sədrini əvəz edən

Məlum olduğu kimi, Vüqar Qurbanov TƏBİB-in icraçı direktoru vəzifəsindən azad olundu və onun səlahiyyətləri müavini Anar İsrafilova həvalə edilib. Tezadlar.az xəbər verir ki, Anar İsrafilov Azərbaycan Tibb Universitetində “Pediatriya” ixtisası, eləcə də Azərbaycan Respublikasının Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyasında Dövlət və bələdiyyə idarəetməsi üzrə təhsil alıb. Daha sonra Azərbaycan Tibb Universitetində “Nefrologiya” ixtisası üzrə doktorantura pilləsi üzrə təhsilini davam etdirib. A.İsrafilov bir sıra dövlət və özəl tibb müəssisələrində uşaq nefroloqu kimi işləyib. 2006-2022-ci illər ərzində Səhiyyə Nazirliyində müxtəlif vəzifələrdə çalışıb. Səhiyyə nazirinin köməkçisi, Səhiyyə Nazirliyinin Səhiyyənin təşkili şöbəsinin müdiri kimi fəaliyyət göstərib. O, 2022-ci ildən TƏBİB-in icraçı direktorunun müavini vəzifəsində çalışır.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…