17 Fevral 2026 / 15:25

Makronun Hindistandakı davranışını lağa qoyulub

Tezadlar.az xəbər verir ki, Fransız Vətənpərvərlər Partiyasının lideri Florian Filippot sosial mediada Fransa prezidenti Emmanuel Makronun Hindistan hava limanındakı davranışını lağa qoyub. Təyyarənin qapısı açılanda dövlət başçısı qəfildən içəri çəkilib və həyat yoldaşı Bricitti açıq qapının qarşısında tək qoyub.

“Orada (təyyarədə – RED.) tam olaraq nə baş verib?!” – Filippot düşünüb.

İnternetdə yayılan görüntülərdə Makronun kabinəyə çəkildiyi, Bricittin isə açıq qapının qarşısında tək qaldığı görünür. Daha sonra Fransanın birinci xanımı heyət üzvünə tərəf dönərək onunla danışıb. Bir müddət sonra prezident geri qayıdıb və yalnız bundan sonra cütlük pilləkənlərdən enib.

Fransa lideri 17-19 fevral tarixlərində davam edəcək üç günlük səfərlə Hindistana gəlib. Bu səfər zamanı Makronun Hindistanın Baş naziri Narendra Modi ilə görüşü planlaşdırılıb.

Daha əvvəl Makronun təhlükəsizlik xidmətinin əməkdaşları ilə birlikdə Hindistanda qaçış etdiyi video internetdə yayılıb. Mütəmadi məşqləri ilə tanınan Fransa prezidenti tünd göy rəngli köynək və qara günəş eynəyi geyinib. O, həmçinin Mumbaydakı Marine Drive küçəsində qaçış edib.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!