18 Fevral 2026 / 06:16

Belçika Rusiyanın NATO-ya qarşı gələcək tələbini açıqladı

Rusiya NATO-dan alyansın genişlənməməsi ilə bağlı razılaşmasını rəsmiləşdirməsini tələb edəcək.

Tezadlar.az xəbər verir ki, Belçikadakı Rusiya səfirliyinin nümayəndələri bu barədə “İzvestiya” qəzetinə bildiriblər.

Diplomatik missiyanın məlumatına görə, “Rusiya Federasiyası müvafiq razılaşmaların kağız üzərində rəsmiləşdirilməsində, o cümlədən Buxarest Zirvə görüşünün qərarlarının ləğvində israr edəcək, çünki NATO üzvlərinin özləri tərəfindən genişlənməmə ilə bağlı verilən bütün şifahi vədlər rahatlıqla unuduldu və qulaqardına vuruldu”.

Alyansın Buxarest Zirvə görüşü 2008-ci ilin aprelində keçirilib. Həmin vaxt iştirakçılar Ukrayna və Gürcüstanın NATO-ya qoşulmaq istəklərini alqışlayıblar.

Daha əvvəl Rusiyanın Belçikadakı səfiri Denis Qonçar Rusiya ilə NATO arasındakı əlaqələrdən danışıb. Onun sözlərinə görə, NATO-nun kursu dərin qarşıdurma xarakteri daşıyır və “beynəlxalq katibliyin yüksək vəzifəli şəxslərinin şəxsi rusofobiyası” ilə daha da şiddətlənir.

E.ŞİRİNOV

 

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!