18 Fevral 2026 / 06:33

ABŞ-ın tələbi ilə İsveçdə rusiyalı saxlanılıb

O, 2022-2023-cü illər arasında sanksiyaları pozmaqda şübhəli bilinir

İsveç Təhlükəsizlik Polisi (SÄPO) ABŞ-ın tələbi ilə bir Rusiya vətəndaşını saxlayıb.

Tezadlar.az bildirir ki, bu barədə TV4 məlumat verib.

Həmin şəxs ABŞ-da qiyabi həbs edildikdən sonra beynəlxalq axtarışda idi. Dekabr ayında o, Stokholmda SÄPO tərəfindən saxlanılıb. Rusiyalı 2022-2023-cü illər arasında sanksiyaları pozmaqda şübhəli bilinir. Vaşinqton onun ekstradisiyasını tələb edir.

Prokurorluq və SÄPO işin təfərrüatları ilə bağlı şərh vermir. “İş beynəlxalq həbs orderi ilə bağlıdır. SÄPO cinayət istintaqında başqa bir ölkəyə kömək etdiyi üçün əlavə təfərrüatlara girə bilmərik”, – SÄPO-nun sözçüsü Conatan Svensson bildirib.

Stokholm Rayon Məhkəməsi şübhəlinin Baş Prokuror, Ali Məhkəmə və hökumət tərəfindən ekstradisiya təsdiqlənməsinə qədər həbs olunmasını əmr edib.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!