18 Fevral 2026 / 08:35

Ukrayna dronları Rusiyanın ən böyük metanol zavodunu dağıdıb

Ötən gecə Ukrayna dronları Rusiyanın Perm diyarında iri kimya zavoduna zərbə endirib. “Tezadlar.az “Ukrainskaya pravda”ya istinadla xəbər verir ki, Ukrayna Təhlükəsizlik Xidməti bu barədə məlumat yayıb. Regionun rəhbəri Dmitriy Maxonin bu hadisəni öz “Telegram” kanalında təsdiq edib, yerli əhalidən heç kəsin xəsarət almadığını bildirib. Məlumata görə, dronların hədəfi “Metafrax Chemicals” zavodu olub. Bildirilir ki, hücuma məruz qalan zavod Rusiya hərbi sənayesinin obyektidir və partlayıcı maddələr və digər hərbi təyinatlı materialların komponentlərini istehsal edir. Hadisə yerində olan şahidlər zavod ərazisində ən azı altı partlayışın baş verdiyini və işçilərin təxliyə olunduğunu bildiriblər. “Metafrax Chemicals” zavodu Perm bölgəsində, Ukrayna ilə sərhəddən 1600 km-dən çox məsafədə yerləşir. “Metafrax Chemicals” Rusiya Federasiyasının və Avropanın metanol istehsal edən ən böyük zavodlarından biridir.

Maraqlıdır ki, bu zavod Rudiyanın az qala 2 min km- lik dərinliklərindədir. Demək, dronlar Rusiyanın bu qədər məsafədə yerləşən istənilən hərbi və ya strateji obyektini məhv etməyə qadirdir.

A.Məmmədli

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!