Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
18 Fevral 2026 / 23:22

Tehran dialoqa hazır olduğunu açıqladı

İranın xarici işlər naziri Abbas Əraqçi və Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) baş direktoru Rafael Qrossi telefon danışığı zamanı ABŞ ilə gələcək danışıqlar üçün çərçivə proqramının hazırlanmasını müzakirə ediblər.

Tezadlar.az xəbər verir ki, bu barədə “Tasnim” agentliyi məlumat yayıb.

Əraqçi vurğulayıb ki, İran diqqətini gələcək danışıqları konstruktiv ruhda irəlilətməyə imkan verəcək ilkin və razılaşdırılmış çərçivə proqramının hazırlanmasına yönəldib.

Əvvəlki görüşlərin nəticələrini müsbət qiymətləndirən Qrossi AEBA-nın bu prosesdə dəstək və əməkdaşlıq göstərməyə hazır olduğunu təsdiqləyib.

Tərəflər, həmçinin Cenevrədə keçirilən dolayı danışıqların son raundunun nəticələrini müzakirə edib, İran və ABŞ arasında dialoqun səmərəli davam etdirilməsi üçün zəruri olan danışıqlar çərçivəsi layihəsinin hazırlanması mexanizmlərini dəqiqləşdiriblər.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!