Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

“Ukrayna, ABŞ və Rusiya arasında Cenevrədə keçirilən danışıqlar zamanı iki heyət işləyib. Bunlardan biri hərbi, digəri isə siyasi heyətdir. Ərazi məsələsində isə üç tərəfin üç fərqli mövqeyi var idi”. Tezadlar.az xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski britaniyalı jurnalist Piers Morqana verdiyi müsahibədə bildirib. O qeyd edib ki, hərbi heyətin nümayəndələri müharibə bitdikdən sonra atəşkəsin monitorinqi məsələlərini müzakirə ediblər. Dövlət başçısının sözlərinə görə, müəyyən irəliləyişlər olub.
“Siyasi cəbhədə işlər daha mürəkkəbdir. Bizim baxışlarımız eyni deyil. Ərazi məsələsində üç fərqli mövqeyimiz var. Düşünürəm ki, bu, asan deyil, amma biz çox konstruktiv olmağa çalışdıq”, – Zelenski əlavə edib.
O əlavə edib ki, nümayəndə heyətlərinin növbəti görüşü də İsveçrədə keçirilməlidir.
Zelenski onu da qeyd edib ki, Ukrayna ABŞ-ın atəşkəsin əvvəlcə döyüş meydanında əldə edilməli olduğu və yalnız bundan sonra məsələlərin diplomatik yolla həll edilə biləcəyi fikrini dəstəkləməyə davam edir.
Müharibə isə davam edir. Ötən gecə hər iki tərəfdə dronlar və raketlər susmayıb.
Səbuhi