19 Fevral 2026 / 19:28

“İranla mənalı bir razılaşma əldə etməliyik, əks halda…”

“İranla bağlı hələ görəcək işimiz var…”. Tezadlar.az AzərTAC-a istinadla xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp Vaşinqtonda “Sülh Şurası”nın ilk iclasında deyib. “Onların nüvə silahı olmamalıdır. Bu, çox açıq şəkildə onlara bildirilib”, — Tramp bildirib. Tramp qeyd edib ki, Uitkoff və Kuşner iranlılarla “yaxşı danışıqlar” aparıb: “Mənalı bir razılaşma əldə etməliyik, əks halda pis şeylər ola bilər”. Tramp Oəlavə edib ki, yaxın 10 gün ərzində razılaşmanın əldə olunub-olunmayacağı bilinəcək: “Bəlkə bir addım daha irəli getməli olacağıq, bəlkə də yox. Bəlkə bir razılaşma əldə edəcəyik. Təxminən növbəti 10 gün ərzində bunu öyrənəcəksiniz”.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!