Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

“Bir məsələyə aydınlıq gətirmək istərdik. Belə ki, “Sülh Şurası”nın bugünkü iclasında səsləndirilən 7 milyard ABŞ dolları məbləğində Qəzzaya dair maliyyə layihəsində Azərbaycanın iştirakı nəzərdə tutulmur”. Tezadlar.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “X” hesabında bildirib. Prezidentin köməkçisi qeyd edib ki, gələcəkdə Azərbaycan tərəfindən “Sülh Şurası” vasitəsilə Qəzzada sərmayə layihələrində iştirak nəzərdən keçirilə bilər. Sitat: “Azərbaycan təsisçi üzv dövlət kimi “Sülh Şurası”nın məqsəd və məramlarını dəstəkləyir”.
Xatırladırıq ki, Qəzzanın viran qoyulmasında ABŞ və İsrailin, eləcə də Fələstinin iştirakçılığı nəzərə alınsa, niyə Azərbaycan bu layihəyə vəsait ayırmalıdır? Bu sual ötən gün Azərbaycanda da ictimai müzakirə və mülahizələrdən biri olub. Hansı ki, Qarabağ müharibəsi dönəmində ermənilər ərazilərimizi Qəzzadan betər viran qoyanda müsəlman Fələstin müsəlman Azərbaycanın deyil, xristian Ermənistanın yanında olmuşdu…
A.Məmmədli