Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Bərdə rayonunda Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab edilən Dadaş Şərif oğlu Dadaşovla vida mərasimi keçirilib. Tezadlar.az xəbər verir ki, vida mərasimində şəhidin doğmaları, rayon rəsmiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Qeyd edək ki, D.Dadaşov 1972-ci il fevralın 15-də Ağdərənin İmarət Qərvənd kəndində anadan olub. 1994-cü il fevralın 11-də Kəlbəcər rayonunun Yanşaq kəndi istiqamətində itkin düşüb. D.Dadaşov Bərdənin Mollaisalar kənd qəbiristanlığında dəfn olunub.