Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

ABŞ İranın Ali Lideri Ayətullah Xameneini və oğlunu öldürməyi düşünür.
Tezadlar.az xəbər verir ki, “Axios”-un məlumatına görə, bu ssenari Donald Trampa təqdim edilib.
ABŞ regiondakı mövcudluğunu gücləndirir – İordaniya və Portuqaliyadakı bazalarda onlarla Amerika hərbi təyyarəsi müşahidə olunub. İsveç, Polşa və Almaniya hakimiyyət orqanları vətəndaşlarına İslam Respublikasını dərhal tərk etməyi tövsiyə ediblər. Bu çağırışlar ABŞ-ın yaxın günlərdə Tehrana mümkün zərbələri barədə xəbərlər fonunda gəlir.
Donald Tramp bildirib ki, İran ədalətli bir razılaşmanı qəbul etməlidir. Ağ Ev administrasiyası nüvə proqramından imtina etməkdə israr edir. Tərəflər Omanın vasitəçiliyi ilə razılığa gəlməyə çalışırlar.
E.ŞİRİNOV