21 Fevral 2026 / 13:52

ABŞ səfiri İsrailin hansı ərazilərə hüquqları olduğunu açıqladı

ABŞ-ın İsraildəki səfiri Mayk Hakabi məşhur amerikalı jurnalist Taker Karlsona yəhudi dövlətinin Yaxın Şərqin əhəmiyyətli bir hissəsinə dair Müqəddəs Kitab hüququna malik olduğunu söyləyib.

Tezadlar.az “RİA Novosti”yə istinadən xəbər verir.

Agentliyin məlumatına görə, müsahibə zamanı müxbir Hakabidən Yaradılışın 15-ci fəslinə əsaslanan “Böyük İsrail” anlayışı barədə soruşub. Bu fəsildə Tanrının İbrahimlə “Nildən Fərat çayına qədər” torpaq hədiyyəsi haqqında dialoqu təsvir olunub.

Karlson aydınlaşdırıb ki, bu ərazilər hazırda İordaniya, Suriya, Livan və Səudiyyə Ərəbistanı və İraqın bir neçə bölgəsini əhatə edir.

“İsraillilər hər şeyi (bütün Yaxın Şərqi) ələ keçirsəydilər, yaxşı olardı”, – Hakabi cavab verib.

Onun fikrincə, İMQ Amerika hərbçilərindən daha humanist davranaraq “ABŞ-ın İraq və Əfqanıstanda birlikdə etdiyindən daha çox mülki şəxsi xilas edib”.

Diplomat qeyd edib ki, İsrail Qəzzanın yenidən qurulması üçün bir qəpik də ödəməməlidir. O, əlavə edib ki, əksinə, İsrail kompensasiya almalıdır.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!