21 Fevral 2026 / 16:35

FHN-nin xidməti vəzifəsini yerinə yetirərkən həlak olan əməkdaşı dəfn olundu

Bu gün 21 fevral 2026-cı il tarixində səhər saat 06:00 radələrində Bakı-Astara magistral yolunda avtomobildə baş vermiş yanğının söndürülməsi əməliyyatı zamanı xidməti vəzifəsini yerinə yetirərkən yük avtomobilinin vurması nəticəsində həlak olan (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin Şirvan Şəhər Yanğından Mühafizə Dəstəsinin əməkdaşı Neftçala rayonunun Şorkənd kənd sakini, 1984-cü il təvəllüdlü Piriyev Hakim Şahlar oğlu yaşadığı kənd qəbristanlığında dəfn edilib. Yezadlar.az xatırladır ki, dəfn mərasimində rayon ictimaiyyəti, FHN-in rəsmiləri – Dövlət Yanğından Mühafizə Xidmətinin rəisi Asif Məmmədli və FHN-in Baş yanğın təhlükəsizliyi eksperti Yusif Nəbiyev, FHN-in əməkdaşları, kənd sakinləri, mərhumun qohumları iştirak ediblər.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!