Ötən gecə Lənkəran rayonunda iki nəfərin ölümü ilə nəticələnən dəhşətli hadisə baş verib. Tezadlar.az DİN- ə istinadla bildirir ki, hadisə axşam saatlarında rayonun Kərgəlan kəndində baş verib.
Belə ki, 1956-cı il təvəllüdlü Sərhad Məmmədov ov tüfəngi ilə həyat yoldaşı, 1965-ci il təvəllüdlü Balaqız Məmmədovanı öldürüb. Məlumata görə, Sərhad Məmmədov daha sonra həmin silahla özünü güllələyərək öldürüb. Faktla bağlı Lənkəran rayon Prokurorluğunda cinayət işi başlanıb. araşdırma aparılır.
DƏHŞƏT: KİŞİ ARVADINI VƏ ÖZÜNÜ TÜFƏNGLƏ GÜLLƏLƏYİB ÖLDÜRDÜ






