Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
23 Fevral 2026 / 08:38

Tramp ABŞ- ın Hərbi Hava Qüvvələrinin əsas hissəsi ilə İranı mühasirəyə alıb- TƏCİLİ

Dünyanın gözü ABŞ özünün Hərbi Hava Qüvvələrinin az qala yarısını və ən iri hərbi floteliyasını İran ətrafında cəmləşdirməsinə dikilib. İran üçün real hücum planı getdikcə ciddiləşir. Tramp administrasiyasının əsas məqsədi isə aydındır: İranda tejim dəyişikliyinə nail olmaq, ən vacibi, Xameneini devirmək, ölləyə demokratik rejim ab- havası gətirmək!
Tezadlar.az xatırladır ki, araşdırmaçı jurnalist  Cavanşir Həsənli ABŞ- ın İranın mühasirə həlqəsini daraltma cəhdi barədə maraqlı faktları təqdim edib. Sitat: 
“ABŞ özünün Hərbi Hava Qüvvələrinin az qala yarısını və ən iri hərbi floteliyasını İran ətrafında cəmləşdirib. Bunlar belədir:
-2 təyyarədaşıyan gəmi (Abraham Linkoln və Gerald Ford);
– 11 esmines (Frank Petersen, Paul Foster, Michael Murphy, Winston Churchill,
-Bainbridge, Alfred Mehen, Ruzvelt, Donald McFaul, Marc Mitscher və Delbert Black);
“Georgia” sualtı qayığı
-C-17 Globemaster, C-5 Galaxy, C-130 Hercules və onun təkmilləşdirilmiş HC-130 nəqliyyat təyyarələr;
-WC-135 Phoenix radioaktiv izləmə təyyarəsi;
-KC-135 və KC-46 yanacaq doldurma təyyarələri;
-RC-135 strateji kəşfiyyat təyyarəsi;
-Üç EA-11A hava komandanlıq məntəqəsi;
-İki E-3 AWACS təyyarəsi;
-A-10 Warthog hücum təyyarələri;
-24 F-15 qırıcısı;
-30 F-35 Lightning gizli qırıcısı;
-Hər biri 24 təyyarədən ibarət bir neçə F-16 qırıcı eskadrilyası;
-Altı köməkçi eskadrilya EA-18 Growler qırıcıları.
-Əlavə hava müdafiəsi Patriot ağır hava müdafiə sistemlərinin bir neçə batareyası və -TED super ağır hava müdafiə sistemləri tərəfindən təmin edilir”.
Bu arada xarici medianın yazdığına görə, İran Rusiyadan təxminən 1 milyard dollarlıq raket sistemləri almaq barədə rəsmi Moskva ilə razılığa gəlib.
A.Məmmədli
Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!