Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
24 Fevral 2026 / 05:11

Rusiyanın AB-dəki missiyası 40 diplomata endiriləcək

Bu qərarı Avropa diplomatiyasının rəhbəri Kaja Kallas verib

Avropa Birliyi blokdakı Rusiya missiyasının sayını 40 diplomata endirmək qərarına gəlib.

Tezadlar.az bildirir ki, bu barədə AB diplomatik xidmətinin rəhbəri Kaja Kallas məlumat verib.

“Mən Rusiyanın AB-dəki missiyasının maksimum sayını 40 diplomata endirmək qərarına gəldim”, – Kallas blokun xarici işlər nazirlərinin görüşünün ardınca bildirib.

O, həmçinin vurğulayıb ki, o və Avropa Komissiyası “yüz minlərlə” keçmiş rus əsgərinin Şengen zonasına daxil olmasının qarşısını almaq üçün bir plan hazırlayırlar.

Kallas həmçinin qeyd edib ki, görüş zamanı AB nümayəndələri Rusiyaya qarşı 20-ci sanksiya paketinin qəbul edilməsi barədə razılığa gələ bilməyiblər. Tədbirlər haqqında sənədin imzalanması əvvəllər 24 fevrala planlaşdırılmışdı.

23 fevralda Macarıstanın Rusiya əleyhinə 20-ci sanksiya paketini, eləcə də Ukraynaya 90 milyard avro krediti blokladığı açıqlanıb.

Qərara Kiyevin “Drujba” neft kəmərini bağlaması səbəb olub. Bu arada, Aİ rəhbərliyi qalan 19 paketi 24 fevral 2027-ci ilə qədər uzatdı.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!