Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
24 Fevral 2026 / 06:38

Rubio-Netanyahu görüşü gələn bazar ertəsinə qədər təxirə salınıb – CNN

ABŞ dövlət katibi Marko Rubionun İsrailin baş naziri Binyamin Netanyahu ilə görüşü gələn bazar ertəsinə qədər təxirə salınıb.

Tezadlar.az bildirir ki, bu barədə CNN məlumat verir.

CNN-in jurnalisti Jennifer Hensler Facebook səhifəsində Rubio ilə Netanyahu arasında planlaşdırılan görüşün təxirə salınacağını bildirib. Onların həftəsonu görüşməsi planlaşdırılırdı.

“Rubionun indi gələn bazar ertəsi Netanyahu ilə görüşməsi gözlənilir”, – deyə İsrail rəsmisi Tal Şalev ona bildirib.

Əvvəllər Netanyahu İsrailin çətin günlərdən keçdiyini və İranla qarşıdurmada istənilən ssenariyə hazır olduğunu bildirmişdi. O, müxalifət siyasətçilərini bir olmağa çağıraraq əlavə etmişdi ki, indi mübahisə vaxtı deyil. Netanyahu vurğulamışdı ki, indi, həmişəkindən daha çox, xalqı birləşdirmək və “çiyin-çiyinə” durmaq lazımdır.

12 fevralda Netanyahu ABŞ prezidenti Donald Trampla görüşündə İran sazişinə şübhə ilə yanaşdığını gizlətməyib. Baş nazirin sözlərinə görə, o, Trampa bildirib ki, əgər razılaşma əldə olunarsa, İsrail üçün vacib olan elementləri də əhatə etməlidir.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!