Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Bu gün 24 fevral tarixi Ramazan ayının altıncı günüdür. Tezadlar.az xəbər verir ki, Gürcüstan Müsəlmanlar İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, fevralın 24-də imsak vaxtı saat 06:13-də, iftar vaxtı isə 19:05-dədir.
Fevralın 24-nə olan namaz vaxtları:
● Sübh azanı 06:22;
● Zöhr azanı 13:14;
● Məğrib azanı 19:05.
Ramazanın altıncı günün imsak vaxtı üçün duasını təqdim edirik: “Əllahummə lə təxzulni fihi litəərruzi mə`siyətik, və la təzribni bisiyati nəqimətik, və zəhzihni fihi min mucibati səxətik, bimənnikə və əyadik, ya muntəha rəğbətir-rağibin”. Tərcüməsi: “İlahi, öz minnət və qüdrətinlə məni bu gün sənə qarşı törətdiyim günahlarıma görə rüsvay etmə, məni qəzəb şallaqları ilə vurma və məni bu gün qəzəbinə tuş gələn günahlardan uzaqlaşdır, ey arzu edənlərin son arzusu!” İftar duası: “Allahummə ləkə sumtu və əla rizqikə əftərtu və əleykə təvəkkəltu. Bismillahir-Rəhmanir-Rəhim. Ya vasiəl-məğfirəti iğfirli”. Tərcüməsi: “İlahi, səndən ötrü oruc tutdum, sənin verdiyin ruzi ilə iftar açdım və sənə təvəkkül etdim. Bağışlayan və mehriban Allahın adı ilə. Ey hüdudsuz bağışlama sahibi, mənim günahlarımı bağışla!”. Allah oruc və digər ibadət-dualarınızı qəbul etsin!