Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
24 Fevral 2026 / 18:58

Kim Çen In 13 yaşlı qızına raket nəzarətini həvalə etdi

Koreya Xalq Demokratik Respublikasının lideri Kim Çen Inın 13 yaşlı qızı Kim Cu-eyə dövlət raket proqramı ilə əlaqəli sektorda nəzarət vəzifəsi həvalə edilib.

Tezadlar.az xəbər verir ki, bu barədə “The Chosun Daily” qəzeti Cənubi Koreya hökumətindəki mənbəyə istinadən məlumat yayıb.

Kim Çen In özü dəfələrlə qızını nüvə və raket sınaqları ilə məşğul olan obyektlərə müşayiət edib. Ehtimal ki, onun istehsalat rəhbəri təyin edilməsi Kim Cu-eyə dövlətin hərbi sektorunun strukturunu daha dərindən anlamağa imkan verəcək.

Məqalədə deyilir ki, general Can Can Ha rəsmi olaraq bu vəzifəni tutsa da, nəşrin ekspertləri Kimin qızının birbaşa generallardan hesabat aldığını və müvafiq əmrlər vermək səlahiyyətinə malik olduğunu qeyd edirlər.

Daha əvvəl Koreya Respublikasında Milli Kəşfiyyat Xidmətinin direktoru vəzifəsinə namizəd Ço Te-yon Kim Cu-enin KXDR lideri vəzifəsində onun varisi kimi seçilə biləcəyini irəli sürmüşdü. Onun sözlərinə görə, KXDR lideri hələ gənc və sağlam olduğundan kəşfiyyat bütün mümkün variantları nəzərdən keçirir.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!