Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
25 Fevral 2026 / 05:42

Gürcü nazir Britaniyanın “söz azadlığının müdafiəçisi” kimi görünmək hüququnu rədd etdi

Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili özünü söz azadlığının müdafiəçisi kimi təqdim etsə də, eyni zamanda Gürcüstan televiziya kanallarına qarşı sanksiyalar tətbiq edən Birləşmiş Krallığın hərəktlərini kəskin tənqid edib.

Tezadlar.az TASS-a istinadən xəbər verir ki, bu açıqlamanı Gürcüstanın xarici işlər naziri jurnalistlərə verib.

Boçorişvili bir ölkənin özünü “söz azadlığının müdafiəçisi” adlandırması və eyni zamanda mediaya qarşı mübarizə aparması, onların populyarlığına və izləyici sayına istinad etməsini ağlasığmaz adlandırıb. O, bunu “təsəvvürolunmaz” və “Gürcüstana tamamilə əsassız hücum” adlandırıb.

Hakim “Gürcü Arzusu – Demokratik Gürcüstan” partiyasının baş katibi və Tbilisi meri Kaxa Kaladze Londonun qərarını ədalətsiz, əsassız və “qətiyyən qəbuledilməz” adlandıraraq respublikanın suverenliyinə hörmətsizlik və onun daxili siyasi işlərinə müdaxilə cəhdini nümayiş etdirib.

Birləşmiş Krallıq Gürcüstanın “İmedi” və “Postv” televiziya kanallarını sanksiya siyahısına əlavə edib. Britaniya Xarici İşlər Nazirliyi tərəfindən yayılan sənəddə iddia edilir ki, bu kanallar Ukrayna münaqişəsi ilə bağlı qəsdən yanlış məlumatlar yayıblar.

Bundan əvvəl Almaniya səfiri Gürcüstan hakimiyyətini sərt tənqid etmişdi.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!