25 Fevral 2026 / 22:38

Pekində Ukrayna ilə bağlı mühüm mesaj

Almaniya kansleri Fridrix Merts və Çin sədri Si Cinpin Pekində keçirilən görüş zamanı BMT Nizamnaməsinin prinsipləri əsasında Ukraynada atəşkəsin təmin edilməsi və davamlı sülhə nail olunması istiqamətində səyləri dəstəklədiklərini təsdiqləyiblər.

Tezadlar.az xəbər verir ki, “Xinhua”ya istinadən xəbər verir ki, bu barədə onların Pekindəki görüşün yekunlarına dair birgə bəyanatında bildirilib.

Mətndə vurğulanıb ki, Almaniya və Çin BMT Nizamnaməsinin və beynəlxalq hüququn prinsiplərini qlobal əməkdaşlığın əsası hesab edirlər. Bundan əlavə, ölkələr BMT-nin statusunu qorumağa, beynəlxalq məsələlər üzrə açıq dialoqu dəstəkləməyə, çoxtərəfli yanaşmaya və azad ticarət prinsiplərinə sadiq qalmağa hazır olduqlarını bildiriblər.

İqtisadi əməkdaşlığa, iqlim təşəbbüslərinə, yaşıl keçidə, mədəni və humanitar mübadilələrin inkişafına xüsusi diqqət yetirilib.

Qeyd olunub ki, Almaniya vahid Çin siyasətini təsdiqləyir, hər iki ölkə iqtisadi və texnoloji məsələləri uzunmüddətli, balanslaşdırılmış və dayanıqlı münasibətlər dialoqu yolu ilə həll etməyə hazır olduqlarını bildirir.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!