Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Ukrayna neft blokadası və siyasi şantaj yolu ilə Macarıstanı diz çökdürə bilməyəcək.
Tezadlar.az xəbər verir ki, bunu Macarıstanın Baş naziri Viktor Orban “Patriota YouTube” kanalında bildirib.
“Biz o qədər ehtiyat toplamışıq ki, Ukrayna hakimiyyəti Macarıstan seçkilərindən əvvəl xaos yarada bilməyəcək və Macarıstan iqtisadiyyatı neft blokadası yolu ilə diz çökdürülməyəcək”, – deyə Orban vurğulayıb.
Onun sözlərinə görə, Macarıstanın MOL şirkəti dövlət neft ehtiyatlarının buraxılmasını tələb edib və həmçinin Xorvatiyaya dəniz yolu ilə xam neftin çatdırılmasını əmr edib.
Bir müddət əvvəl Ukrayna prezidenti Vladimir Zelenski Macarıstan və Slovakiyaya Rusiya neft tədarükünün dayandırılması ilə bağlı şərh verərkən “Drujba” boru kəmərinin təmirinin tez olmayacağını bildirmişdi.
E.ŞİRİNOV